Şənbə, 20 Aprel

Paşinyanın yaxın adamı Xankəndidə - “Xüsusi planla göndərilib, hədəfi...”

image

“Qarabağla bağlı gəlişmələr kulminasiya nöqtəsinə çatıb. Bazar günü Brüsseldə keçirilən görüşdən sonra Baş nazir Nikol Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı açıqlanıb”.

Xəbər verilir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Xankəndidəki separatçıların “keçmiş təhlükəsizlik şurasının katibi” Samvel Babayanın fəallığına da diqqət çəkir. Babayan dünən Xankəndidə mitinq keçirib. “Hraparak” Paşinyana yaxınlığı ilə tanınan Babayanın məqsədinin separatçı rejimi ələ keçirmək olduğunu iddia edir.

“Babayanın son açıqlamaları onu deməyə əsas verir ki, “hakimiyyət”i ələ alandan sonra Azərbaycanla inteqrasiya yaxın gələcəyin məsələsinə çevriləcək. Babayan Azərbaycanla əlaqələrdə ən yumşaq mövqelərdən çıxış edir. Azərbaycanlı iş adamlarının dəvət edilməsinə, Qarabağdakı mədənlərin istismarında Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa qarşı deyil”, - məlumatda deyilir.

Qəzetin iddiasına görə, Paşinyan Babayanı Xankəndiyə ona görə göndərib ki, separatçı rejimi Araik Arutyunyandan alsın və Qarabağı rahat formada Azərbaycana təhvil versin:

“Bir neçə həftə əvvəl Paşinyanın təzyiqi ilə Araik Arutyunyan bir məsləhət orqanı yaradıb və onun başına Ermənistan hakimiyyəti ilə sıx əlaqələri və Babayana yaxın olan “sorosçu” hesab edilən Tiqran Petrosyanı təyin edib. Onların yanında daha bir şəxs var - Hayk Xanumyan”.

Nəşr Babayanın komandasının üzvlərinin Paşinyana yaxın adamlardan ibarət olduğunu iddia edir.

Samvel Babayan uzun müddətdir Xankəndidə mitinqə hazırlaşıb. Ötən ilin sonunda Xankəndiyə gəlib və separatçı rejimə iddia ilə çıxış etməyə başlayıb. Ermənistanda ət idxalı biznesi onun ailəsinin əlindədir. Son bir neçə ayda fəal görüşlər-müzakirələr keçirir, təşəbbüslərlə çıxış edir. Separatçılar Babayana “İkinci Nikol” kimi baxırlar. Onu Paşinyanla birlikdə Qarabağı tam şəkildə Azərbaycana təhvil verməkdə ittiham edirlər.

Qəzet yazır ki, Babayan mitinqdəki çıxışında Brüsseldəki son üçtərəfli görüşdən qısa danışıb və Qarabağı Azərbaycana təhvil verən Paşinyanı tənqid etməyib. Məlumatda deyilir ki, Ermənistan baş naziri Brüsseldə Qarabağ da daxil olmaqla Azərbaycanın 86.6 min kvadrat kilometrlik ərazisini tanıyıb. “Hraparak” bu baxımdan Babayanın xüsusi planla Xankəndiyə göndərildiyini istisna etmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20