Bazar, 12 May

“Ukraynada uduzan Rusiya Çinin vassalına çevrilir” – Makron

image

“Geosiyasi baxımdan Rusiya Ukraynaya qarşı müharibədə artıq məğlub olub və indi Çinin vassalına çevrilir”.

Xəbər verilir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Rusiya faktiki olaraq Çinin nəzarətinə keçib, həmçinin Baltik dənizində müstəqilliyini itirib, çünki Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya daxil olmağa məcbur edib:

“İki il əvvəl bunu təsəvvür etmək mümkün deyildi, amma bu gün bu, artıq geosiyasi məğlubiyyətdir”.

Makron vurğulayıb ki, Rusiya bu müharibədə hərbi yolla qalib gəlməməlidir və Avropa ukraynalılara həm əks-hücuma hazırlaşmaqda, həm də qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda kömək etməlidir.

“Avropa təhlükəsizlik arxitekturası bütünlüklə Ukraynaya şamil olunmalıdır. Bura həm də Rusiya ilə qarşıdurmanın olmaması və sabit qüvvələr balansının bərpası daxil edilməlidir. Amma bu hələ çox uzaqdadır”, - Fransa prezidenti söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44