Cümə axşamı, 02 May

Bakıdakı uğurunu təkrarladı - 11 il sonra “Avroviziya”nın qalibi oldu

image

“Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsi başa çatıb.

Xəbər verilir ki, Liverpulda keçirilən yarışmada İsveçi təmsil edən müğənni Lorin “Tattoo” mahnısı ilə qalib olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq Finlandiya və İsrail tutub.

Xatırladaq ki, Lorin 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsində də birincilik qazanmışdı. O, bu uğurunu 11 il sonra yenidən təkrarlayıb.

Qeyd edək ki, bu il Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində keçirilən 67-ci “Avroviziya 2023” mahnı müsabiqəsində 37 ölkə təmsil olunub. Müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edib. Onlar yarımfinalda dayanıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15