Bazar ertəsi, 13 May

“Talıbovun vaxtında ətrafı çox gözəl yaşayırdı, bu üzdən onu “diriltməyə” cəhd edirlər”

image

“Vasif Talıbovun ətrafını onu “diriltməsi” cəhdini anlamaq olar. Çünki onun vaxtında bu adamlar çox əla yaşayırdılar, kefləri kök idi, hər cür imkanları var idi. İndi bu imkanlar məhdudlaşıb deyə bəlkə də bunu müəyyən jurnalistlərin əli ilə cəmiyyətin nəbzini yoxlamaq üçün gündəmə gətirirlər? Bilmirəm”.

Bu sözləri açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

O, ötən ilin dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun bölgədə yenidən “dirilmə” cəhdlərindən söz açıb.

Xatırladaq ki, ötən gün “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Naxçıvanda “xan”ın ətrafı onu “diriltməyə” cəhd edir və onun haqqında propoqanda  aparırlar.

Öz növbəsində, C. Nuriyev söyləyib ki, onun geri qayıtmasına inanmır, çünki bunun üçün nə siyasi mühit, nə də siyasi bir şərait var:

“Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli gənc olsa da, artıq kifayət qədər addımlar atıb. Çünki Naxçıvan camaatı həm tələbkardır, həm də siyasi cəhətdən çox yetişmiş insanlardır. Ona görə də onlar belə bir şeyə imkan verməzlər. Əgər olsaydı, bu məsələ geniş yayılardı. Ola bilər ki, müəyyən bir neçə ailənin daxilində olan söhbəti qəsdən cəmiyyətə yayırlar ki, görək cəmiyyətin münasibəti necədir? Amma inandırıcı görünmür”.

Ramiz Mehdiyev iddialarına münasibət bildirən eks-deputat əlavə edib:

“O ki qaldı Ramiz Mehdiyevin bu məsələdə adının çəkilməsinə, xatırladım ki, o adamın apreldə 85 yaşı oldu. Mən onun belə bir şey edəcəyini düşünmürəm, çünki o, çox ağıllı və uzaqgörən bir insandır. Doğrudur, onu sevməsəm belə, Ramiz Mehdiyev bu gün çox gözəl bilir ki, Azərbaycanda İlham Əliyev faktoru əvəzolunmaz bir faktordur. Belə bir şəraitdə uzun müddət Heydər Əliyev məktəbini oxuyan, ölçülü-biçili olan bir adam belə siyasi səhv edib bu işlərə girişməz. Mən onun babalını yuya bilmərəm. Çünki o, çox gözəl bilir ki, bu iş baş tutan şey deyil. Ona görə də belə şeylərə girişməz. O, indi elə yaşda da deyil ki,  bu cür təxribatlarla Prezidentə qarşı getsin”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00