Bazar ertəsi, 17 İyun

Müxalifətin “qara yarası” – Siyasilər nəyi bölə bilmir?

image

Son günlərdə Azərbaycan Demokratiya və Rifah Partiyası daxilində yaşanan hadisələr, partiyanın rəhbər şəxsləri arasındakı qalmaqal ölkə gündəminin diqqətindədir. Partiyanın idarə heyətinin üzvü İsmayıl Nəsirlinin 35 nəfər üzvlə birlikdən partiyadan ayrılması və sədr Qubad İbadoğlunu birbaşa hədəf alması ilə başlayan olaylar, günü-gündən daha da qəlizləşir. Ən son tərəflərin şəxsi yazışmaları və skrinləri ictimai şəkildə paylaşması Azərbaycan müxalifətinin uzunmüddətli problemlərindən birini yenidən gün üzünə çıxarıb. 

Qubad İbadoğlunun rəhbərlik etdiyi partiyada baş verənlər olduqca təəssüfləndirici olsa da, özlüyündə bir çox mətləblərdən xəbər verir. Prosesləri izləyəndə aydın olur ki, İsmayıl Nəsirli bu və ya digər səbəbdən partiya rəhbərliyindən narazıdır. Lakin bu narazılıq heç də İsmayıl Nəsirlinin sədr Qubad İbadoğlunu “proje” olmaqda ittiham etməsi, onun ailə üzvlərini və şəxsini hədəf çevirməsi üçün səbəb ola bilməz. Uzun illər birlikdə mübarizə aparmış bu şəxslərin hansısa anlaşmazlıqdan dolayı ictimai şəkildə mübarizəyə girişmələri cəmiyyətə heç də xoş görüntü təqdim etmir.

Ölkədəki siyasi proseslər ciddi seçici kütləsinə malik olmayan partiyaların tədricən sıradan çıxdığını və fəaliyyətini fərqli formada davam etdirdiklərini göstərir. Qubad İbadoğlunun rəhbərlik etdiyi partiyanın da bu teleyi bölüşəcəyi ehtimalı böyükdür. Bəlkə də məhz bu səbəblə bu il ərzində partiya sədri mərkəzi icra strukturlarının buraxılması ilə bağlı sərəncam imzalayıb. Lakin görünür partiyanın idarə heyəti üzvü İsmayıl Nəsirli bu qərardan narazıdır. Onun Qubad İbadoğluna qarşı düşmənçiliyinin kökündə də məhz bu səbəb yatır. 

İsmayıl Nəsilinin yazdığı statuslardan bəlli olur ki, partiya sıralarında quldurlar, ailəsi tərəfindən atılan adamlar, oğlu tərəfindən söyülən şəxslər yer alır. Haqlı olaraq sual yaranır ki, İsmayıl Nəsirli bu günədək İdarə heyətində təmsil olunduğu şəxslərin kimliklərindən xəbərdar deyildimi. Əgər xəbərdar idisə, niyə və hansı səbəb susurdu. Qubad İbadoğlunun hadisələrə verdiyi cavab isə daha qəribədir. Partiya üzvünə etdiyi 200 manat maddi köməyi ictimai şəkildə paylaşmağı gözə alan partiya sədri görəsən bu addımı ilə nə hədəfləyirdi, nəyi sübut etməyə çalışırdı. Qubad İbadoğlu bu polemikaya tərəf olarkən dərs dediyi təhsil müəssisəsinin və ictimai çəkisinin əhəmiyyətini düşünürdümü. Demək çətindir..

Lakin bütün bu gedişat yuxarıda da qeyd etdiyimiz kimi ölkə müxalifətinin təməl problemini göstərir – şəxsi mənafe və maraqlar üzərində qurulan siyasət. Bəlkə də, son 30 ildəki ən böyük problem, xalqın müxalifətə inamının azalmasının, ardıcıl məğlubiyyətlərin səbəbi elə budur. Kiçik bir partiyada pulu, kreslonu paylaşa bilməyən şəxslərin cəmiyyətə vermək istədikləri “qurtuluş” mesajları nə dərəcədə ciddi qəbul oluna bilər. Hələ gücsüz ikən bir-birinə qarşı bu qədər amansız olan insanların, güc əldə etdiklərində nəyə çevriləcəkləri təsəvvür etmək çətindir. 

Ümid edək ki, ADRP daxilində baş verənlərdən digər partiyalar və bütün müxalifət nəticə çıxaracaq, şəxsi intriqalar və məişət mövzuları əvəzinə normal siyasi mübarizəyə fokuslanacaq.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33