Çərşənbə, 15 May

Türkiyəli həkim ikiqat maska taxmaq məsləhət görür

image

“Türkiyədə koronavirusun ən çox 3 ştammına rast gəlinib”.

Xəbər verilir ki, bu sözləri türkiyəli həkim Ahmet İnal deyib.

O bildirib ki, bunların hamısından ən təhlükəlisi Böyük Britaniya ştammıdır:

“Nadir hallarda aşkar edilənlər virusun Braziliya və Cənubi Afrika ştamlarıdır. Koronavirusun bu növünə olduqca az rast gəlinir. Nazirliyin açıqladığı rəqəmə görə, bu 250-yə yaxındır. Peyvəndin ştamma qarşı təsiri də azdır. Zamanla mutasiyalara yenisi də əlavə edilə bilər. Bəlkə də, Türkiyə ştammına da rast gələcəyik. Lakin hələ ki, tapmadıq”.

Həkim yoluxma hallarının artmasının ən böyük səbəbini Böyük Britaniya ştammında görür:

"Böyük Britaniya ştammının ən vacib xüsusiyyəti şiddətli xəstəliyin olmamasıdır. Lakin o, sürətlə ötürülə bilən virusdur.

Yüksək yoluxucu xüsusiyyətləri səbəbilə ikiqat maska taxmaq lazım ola bilər. Əsas qayda mas   ka, məsafə və təmizlikdir. Buna görə də mutasiyaya uğrayan viruslardan asılı olmayaraq maskanı ikiqat taxın".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00