Cümə, 29 Mart

Twitterdən yeni qalmaqal - prezidentin ən böyük həştəqini sildi

image

Twitter yeni qalmaqala imza atıb. Belə ki, sosial media saytı Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğana qarşı hərəkətlərinə bir yenisini əlavə edərək, tarixi rekord qıran Böyük İstanbul Rallisi zamanı gündəmə gələn #TürkiyeSanaEmanet həştəqini silib.

Xəbər verilir ki, AK Partiyanın İstanbul Atatürk Hava Limanında təşkil etdiyi və tarixi rekorda imza atan Böyük İstanbul Mitinqinə qatıla bilməyən vətəndaşlar sosial şəbəkədə mitinqi və prezident Ərdoğanı izləyib və dəstək veriblər.

Dəfələrlə seçkilərə müdaxiləsi ilə gündəmə gələn Twitter, prezident Ərdoğanı dəstəkləyən vətəndaşların sosial mediada yaratdığı və qısa müddətdə Twitter trendlərinə yerləşdirdikləri #TürkiyeSanaEmanet həştəqini ləğv edib.

Twitter Ərdoğana qarşı keçirdiyi əməliyyat sosial mediada vətəndaşların sıx reaksiyasına səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45