Cümə axşamı, 18 Aprel

Ukraynaya kütləvi hücum: İki azərbaycanlı yaralandı, 650 Rusiya hərbçisi öldürüldü - VİDEO

image

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə bütün ölkə boyu hava hücumu olub.

“20-yə qədər “Şahid” dronu Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilsə də, Kiyevin Podolsk və Şevçenko rayonlarında küçələrdəki maşınlar zərər görüb”, - deyə M.Aslanov əlavə edib.
Həmçinin qeyd edilib ki, Xerson şəhərinə edilən artilleriya hücumları daha ciddi nəticələrə səbəb olub:

“Dneprin sol sahilindən açılan artilleriya atəşləri nəticəsində şəhərdə böyük dağıntı olub. Bir gecədə 23 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb. Hücum nəticəsində küçə alveri ilə məşğul olan Həsən və Araz adlı azərbaycanlılar da ağır yaralanıblar”.

O da bildirilib ki, Donbas və Xersonda “Vaqner” hərbçilərinin və separatçıların hücum cəhdinin qarşısını alan Ukrayna Ordusu bir gecədə 650 hərbçini məhv edib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28