Moldova və Gürcüstana hərbi yardım ayrıldı
Moldova və Gürcüstana hərbi yardım ayrıldı
Avropa İttifaqı (Aİ) Moldovaya 40 milyon, Gürcüstana isə 30 milyon avro hərbi yardım ayırıb.
Xəbər verilir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.
Vəsait iki ölkənin Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Avropa Sülh Fonundan ayrılacaq vəsaitlə Moldova və Gürcüstan maddi-texniki təminat, komanda-nəzarət və hava məkanına nəzarət vasitələri alacaqlar.
"Bu yeni yardımlar vasitəsilə biz Moldova Respublikası Silahlı Qüvvələrinin və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik", - Borell deyib.
Azadsoz.com