Şənbə, 04 May

Əsir azərbaycanlı hərbçilər: Baş prokuror nə dedi?

image

Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası hazırkı məhkəməyə qədərki mərhələdə nəzərdə tutulmayıb və qanunla da nəzərdə tutulmayıb.

Xəbər verilir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan deyib.

O, əsir götürülmüş iki Azərbaycan hərbçisi barədə danışarkən Azərbaycan hərbçilərinin gələcəkdə ekstradisiyası oluna biləcəyi ilə bağlı məsələnin səlahiyyətlərinə daxil olmadığını bildirib.

Qeyd edək ki, ötən ay Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

Eyni zamanda, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15