Şənbə, 20 Aprel

Bakıda 10-15 min manata həyət evləri satılır - VİDEO

image

Elan saytlarında Bakı ətrafı qəsəbə və kəndlərdə 10-15 min manata təmirli evlər satılmaqdadır.

Xəbər verilir ki, 1 sot və ya daha az torpaq sahəsində tikilən evlər əsasən 1 otaq və kiçik mətbəxdən ibarət olurlar. Bəzən isə həmin evlər mətbəx və hamam olmadan inşa edilir.

Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan “Xəbər Ertəsi”nə bildirib ki, son dövrlər əmlak alqı-satqısı ilə məşğul olanlar bu işi dırnaqarası biznesə çeviriblər. Həmin şəxslər əvvəlcə torpaq sahəsi alır, daha sonra sahəsi kiçik mənzillər tikib, ucuz qiymətə satışa çıxarırlar.

Ekspert deyir ki, ucuz həyət evlərinə daha çox Xırdalan, Binəqədi, Yasamal və digər ərazilərdə rast gəlmək mümkündür. Onun sözlərinə görə, həmin mənzillərin bünövrəsi də dayanıqsız olur.

Eyni zamanda evlərin təmiri də zəif olduğundan bir müddət sonra bərpasına yenidən ehtiyac yaranır. Bir sözlə, belə ucuz evlərin sonradan böyük problemləri ortaya çıxır.

O, əlavə edib ki, fərdi yaşayış evi alarkən mənzilin tikinti normaları əsasında inşa edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20