Cümə axşamı, 25 Aprel

Şəmkirdə qadın narkokuryer saxlanıldı

image

Şəmkir polisi narko-kuryerlik edən qadını saxlayıb.

Xəbər verilir ki, Bakı şəhər sakini Aygün Məmmədova saxlanılıb.

O, Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 ABŞ dolları və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

1 kq 360 qram heroin və 705 qram marixuana aşkar olunaraq götürülüb. 

Bundan başqa, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əkbərov özünün və qonşusunun, rayonun Qədim Qala kənd sakini Elvin Misirovun isə yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33