Çərşənbə axşamı, 14 May

Sabirabadda şagirdlər qəzaya düşdü: çox sayda yaralı var

image

Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var.

Xəbər verilir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib, geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri - 2010-cu il təvəllüdlü Əzizova Zərifə Elsevər qızı, 2010-cu il təvəllüdlü Cəfərova Günel Ələsgər qızı, 1969-cu il təvəllüdlü, müəllim Mövludov Bəxtiyar Hafiz oğlu və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00