Çərşənbə axşamı, 14 May

Deputatdan təklif: Müharibənin xərclərini varlılar ödəsin!

image

Zənginlər üçün gəlir vergisi artırılmalıdır.

Xəbər verilir ki, bunu Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinin sədrinin birinci müavini Mixail Şçapov deyib. O bildirib ki, zərurət yarandığı halda xüsusi əməliyyat və ordu üçün əlavə maliyyə vəsaitinin zəngin insanların və ixracatçıların hesabına təmin edilməlidir.

Şçapov əlavə edib ki, indi dövlətin hərbi sektorun ehtiyaclarını ödəmək imkanı var. “Büdcənin cari gəlirləri kifayət etmirsə, ən sadəsi Milli Sərvət Fondunun (Rusiya Milli Sərvət Fondu) vəsaitləri və dövlət kreditləridir”, - o deyib. Millət vəkili vurğulayıb ki, vergi sahəsində hər hansı dəyişiklik edilməzdən əvvəl bu alətlərin potensialından istifadə etmək lazımdır.

Bundan əvvəl Şçapov ildə 10 milyon rubldan çox qazanan ruslar üçün gəlir vergisi dərəcəsinin artırılmasını təklif edib. O izah edib ki, bu, gəlirlərin ədalətli bölüşdürülməsini təmin edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00