Şənbə, 20 Aprel

Bakıda üç nəfərin öldüyü qəzanın görüntüləri - ANBAAN VİDEO

image

Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntülərini yayıb.

Videoda hadisə zamanı Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə yol-hərəkəti qaydalarını kobudcasına pozması və dönmə manevrini həyata keçirərkən 34 yaşlı Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili vurması əks olunub.

Qeyd edək ki, nəticədə minik maşınında olan sərnişinlər - 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı, 63 yaşlı Xələfova Təranə Xanlar qızı və sürücü Famil Məhərrəmov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20