Şənbə, 20 Aprel

Bu avtomobil göz ilə idarə olunacaq - VİDEO

image

Almaniyanın “BMW” avtomobil konserni texnoloji yenilikləri təqdim edib. Belə ki, yeni “BMW 5 Series” sürücüyə güzgüyə baxarkən zolaqları dəyişməyə imkan verəcək.

Xəbər verilir ki, hələlik bu funksiya yalnız avtopilot sistemi üçün tətbiq edilib.

Belə ki, artıq dönmə siqnalı qolundan istifadə etməyə ehtiyac yoxdur, bunun üçün yan güzgüyə baxmaq kifayətdir. Sistem qarşıdakı avtomobillərdən məsafə saxlaya bilir, zolaq sərhədlərini görür və müstəqil olaraq növbəti zolağa keçə bilir.

Eyni zamanda, əllərinizi sükanda saxlamaq lazım deyil, sistem hər şeyi özü edəcək.

Qeyd edək ki, səkkizinci nəsil “BMW 5 Series“in istehsalına başlanılması bu yay planlaşdırılır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20