Şənbə, 20 Aprel

“Komedixana”dan Fərdanın layihəsinə keçdi - VİDEO

image

“Komedixana”dan qalmaqallı şəkildə ayrılan aktrisa Firuzə Balayeva Fərda Xudaverdiyevin layihəsinə keçib.

Xəbər verilir ki, “Space” TV-də yayımlanacaq “Zarafatyana” şousu “Komedixana” ilə oxşarlıq təşkil edir.

İlk buraxılışı 29 apreldə efirə gedəcək olan layihənin anonsu da yayımlanıb. Məlum olub ki, şouda Əməkdar artist Ülviyyə Əliyeva, Məcid Hüseynov, Tərlan Nur Yaşar, Əlibəy Məmmədli və Firuzə Balayeva rol alır.

Qeyd edək ki, F. Balayeva “Səhərin səsi” verilişində qonaq olarkən “Komedixana” haqda “Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az “şiti çıxarılan” yer mənlik deyil” kimi fikirlər səsləndirmişdi.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20