Cümə, 29 Mart

Korotçenko: Bakı niyə Laçın yolunda post qurdu? - VİDEO

image

Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi quraşdırması qərarı məcburi xarakter daşıyır. Səbəb odur ki, Laçın dəhlizi Ermənistan ərazisindən Qarabağa müxtəlif növ silah-sursat və minaların daşınması üçün istifadə olunurdu.

Xəbər verilir ki, bu sözləri rusiyalı ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko 23 apreldə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması haqda qeyd edib.

O bildirib ki, səbir kasasını dolduran son damla Azərbaycan postlarına təchizat aparan hərbi maşının və bir əsgərin erməni minalarına düşməsi və 3 hərbçinin yaralanması oldu:

“Müəyyən edildi ki, Azərbaycan hərbi maşınının və əsgərin düşdüyü tank və piyada əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və Azərbaycan ərazisinə gətirilib.

Ermənistanın reaksiyasına gəlincə, bu, son dərəcə isterikdir və təbii ki, Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına İrəvandan heç bir razılıq yoxdur. Əksinə, hansısa “yeni erməni soyqırımı”, hazırlanmaqda olan “etnik təmizləmə” və s. təbliğat xarakterli bəyanatlar səsləndirilir. Təbii ki, bunların hamısı təbliğatdır. Reallıq odur ki, nəzarət proseduru təmin ediləcək”.

Ekspertin sözlərinə görə, Qarabağda məskunlaşan xoşniyyəti ermənilər problem olmadan Ermənistana gedə və gələ biləcəklər.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45