Çərşənbə axşamı, 23 Aprel

Azərbaycanda bu şəxsi tapana 200 min manat MÜKAFAT - FOTO

image

Bir il əvvəl Zaqatalada itən hindistanlı turistin anası Lent.az-a müraciət yollayıb.

Müraciətdə deyilir:

"Manikant Kondaveeti 2022-ci il mayın 13-də Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə həmin il mayın 12-də əlaqə saxlamışıq. Sonra o, tək halda meşəlik sahəyə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Polis və könüllülər onu tapmağa çox cəhd göstərsələr də, onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Oğlum Manikantı sağ-salamat tapana pul mükafatı verəcəyik. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz onu tapan şəxsə 200 000 manat verəcəyimizi bildirmək istəyirik. Biz axtarış ərazisinin Zaqataladakı meşə sahəsindən bütün Azərbaycana genişləndirilməsini xahiş edirik".

Anası Manikantın sağ qaldığına inanır:

"Mən, Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, Manikant Azərbaycana səmimi şəkildə dəvət olunub və o, hamıdan çox razı idi, hər kəsə hörmətlə yanaşırdı. Hamı onunla dostcasına və mehriban idi, o da hər kəslə dost idi və böyüklərə hörmətlə yanaşırdı. O, yaşlılara kömək edirdi, yaşlılar da öz növbəsində ona yaxşı mənada köməklik göstərirdilər. Kim Manikantı tapsa, telefon əlaqələrini valideynlərinə versin. Onun telefonu işləmir, zəhmət olmasa, telefonla bağlı ona köməklik edin. Bu çağırışı oxuyan və onun ölkəmizə geri qayıtmağına köməklik göstərəcək Azərbaycan xalqına təşəkkür edirəm".

Ailəsi Manikantı tapana veriləcək mükafatın şərtlərini də açıqlayıb:

1) Bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) Oğlumun yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) Manikantın harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37