Şənbə, 04 May

Ərdoğanın partiya ofisinə silahlı hücum olub - FOTO

image

İstanbul şəhərində lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bağçalıevlər rayonu üzrə kommunikasiya və seçki bürolarına silahlı hücum olub.

Xəbər verilir ki, yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb. İnsidentdən dərhal sonra partiyanın İstanbul şəhəri üzrə rəhbəri Osman Nuri Kabaktepe sosial şəbəkədə paylaşım edərək silahlı hücumu pisləyib: “Biz bu hücumlara fürsət verməyəcək və həmşəhərlilərimizlə demokratiya havasında görüşməyə davam edəcəyik”.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15