Şənbə, 04 May

“Putin 9 mayda müharibənin bitdiyini elan edə bilər”- “Priqojinin çıxışı təsadüfi deyil”

image

Rusiya tərəfinin son vaxtlar tez-tez Ukraynada sülhə nail olunmasının vacibliyi barədə ən yüksək səviyyədə səsləndirdiyi bəyanatlar təsadüfi hesab olunmur.

Xəbər verilir ki, Ukraynada ən tanınmış hərbi ekspertlərdən olan Roman Svitan Vladimir Putinin yaxın zamanda “xüsusi hərbi əməliyyat”ın bitdiyini elan edəcəyini proqnozlaşdırıb.

Ekspert “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin son məqaləsini xatırladıb. Hansı ki, həmin məqalədə Priqojin Rusiyanın Ukraynada hücum əməliyyatlarını dayandırmasını, müdafiəyə çəkilməsini və “xüsusi hərbi əməliyyat”ın öz məqsədlərinə çatdığını elan etməsini təklif edib. Svitan hesab edir ki, “Priqojinin bu mövqeyi təsadüfi deyil və ona belə bir məqalənin yazılması Kremldən tapşırılıb”. 

Ukraynalı ekspert hesab edir ki, bu cür bəyanatlara baxmayaraq, Rusiyanın Ukraynada keçirdiyi işğalçılıq müharibəsinin öz hədəflərinə çatmadığı hər kəsə bəllidir. Lakin görünən odur ki, bu müharibənin Rusiya üçün perspektivi yoxdur, ona görə də Priqojinə “xüsusi hərbi əməliyyat”ın bitməsinin elan edilməsi təklifi ilə çıxış etməsi və bununla da Rusiya cəmiyyətinin nəbzinin yoxlanılması tapşırılıb.

Svitan hətta yaxın zamanda Putinin müharibənin bitdiyi barədə bəyanatla çıxış edəcəyini istisna etməyib: “Priqojin cəmiyyətin reaksiyasını yoxlayandan sonra böyük ehtimalla mayın 9-da bunu sınaqdan keçirəcəklər. Əgər bu variant keçsə və Rusiya cəmiyyətində “xüsusi əməliyyat”ın dayandırılması təşəbbüsü müsbət qarşılansa, 9 mayda Putin bu əməliyyatın başa çatdığını və hansısa məqsədlərə nail olunduğunu elan edə bilər”. 

Xatırladaq ki, müharibənin əvvəlində Rusiyanın elan etdiyi məqəsədlər Ukrayanın “demilitarizasiyası”, “denasifikasiyası”, NATO-ya üzv qəbul olunmaması və s. kimi elan olunmuşdu. Ancaq ortadakı nəticə budur ki, Ukrayna Ordusu əvvəlkindən daha güclü olub, Ukraynada Rusiyaya bağlı bütün siyasi qüvvələr və digər ictimai-siyasi institutlar, biznes strukturları, agentura şəbəkəsi, nüfuz dairələri və s. iflasa uğrayıb və sıradan çıxıb, Ukraynada Rusiyaya qarşı nifrət min dəfələrlə artıb, NATO isə de-fakto Ukraynadadır. Hələ onu demirik ki, Rusiyanın indiyə qədər neytrallığını saxlayan Finlandiya kimi yaxın qonşusu artıq NATO üzvüdür. 

Onu da qeyd edək ki, Ukrayna rəhbərliyi dəfələrlə Rusiyanın hansı qərarı verməsindən, nə elan etməsindən asılı olmayaraq, öz ərazilərini sona qədər azad etmək fikrində olduğunu bəyan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15