Cümə axşamı, 28 Mart

Soğan və kartof bu səbəbdən BAHALAŞIB

image

Kartof və soğanın bahalaşması ilə bağlı əhali arasında narazılıq var. Qeyd edilir ki, bazarda “Belarus” kartofu 1 manat, Şəmkir istehsalı olan kartof isə 3 manatdır. Soğanın da qiymətində artım var, belə ki, bu tərəvəzin qiyməti 2-3 manat arasında dəyişir. 

Bəs görəsən, hər zaman ucuz qiymətə aldığımız bu məhsulların bahalaşmasına səbəb nədir?

16735321715306343185_1200x630.jpg (290 KB)

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı deyib ki, hazırda kənd təsərrüfatı məhsullarının qiymətinin baha olmasına bir neçə amil təsir edir:

“Əsas üç səbəb var - inhisarçılıq, mövsümi amillər, gübrə və pestisidlərin qiymətinin artımı. Hazırda qiymət artımına bu üç amilin təsiri böyükdür. Digər tərəfdən soğan və kartofla bağlı yeni məhsulun bitməsinə qədər köhnə məhsulların qiyməti baha olaraq qalır. Bu, süni şəkildə bahalaşmaya səbəb olur. Belə ki, bəzi hallarda bu məhsulların yerlərdə ucuz olduğunu, lakin bazarlarda daha baha satıldığını müşahidə edirik. Artıq yeni məhsulların bitməsinə az qalıb, fikrimcə, qiymətlər aşağı enə bilər. Lakin bu qiymətlər ötən ilkinə nisbətən daha baha olacaq. Ötən illə müqayisədə kartof və soğanın qiymətində 40 faizə qədər, pomidorun qiymətində isə 100 faizədək artım müşahidə olunur”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45