Cümə, 03 May

Sabah bəzi yerlərdə 25° isti olacaq

image

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstün olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15