Çərşənbə, 24 Aprel

Almaniyada yaşayan türk sahibkar bir küçənin sakinlərini təşvişə saldı - FOTO

image

Almaniyada baş verən qəribə hadisə gündəm olub. Belə ki, ölkədə yaşayan türkiyəli Yıldırım S. adlı şəxs Çvaybrükgen şəhərində bütün bir küçəni satın alıb. Sakinlərə isə məktub yollayaraq, mayın 3-nə kimi evlərinin ön hissəsini satın almalarını istəyib, əks halda yolu bağlayacağı barədə xəbərdarlıq edib.

Məlumata görə, küçə 1990-cı illərdən bir şəxsin mülkiyyəti olub və sonda hərraca çıxarılıb. Ancaq Çvaybrükgen bələdiyyəsi küçəni “iqtisadi səbəblərdən” alınmadığını elan edib. Başqa bir şəhərdə yaşayan türkiyəli investor Yıdırım S. də təşəbbüsü əlinə götürüb və 100 metrlik Zibenpfayferştrass küçəsini 2500 avroya alıb.

Hazırda xəbərdarlığı alan almanlar təşviş içindədirlər və hər gün toplantı keçirirlər. Sakinlərdən birinin sözlərinə görə bu hadisəyə görə evlərini sata bilmirlər.

“15 ildir ki, həyat yoldaşım Aleksandrla bu küçədə yaşayıram. Evi satmaq istəyirdik, çox adamla danışmışdıq. Amma bütün bu hadisələrdən sonra alıcılar kənara çəkildi”, - deyə küçənin 74 yaşlı sakini Marianna Nikolau bildirib.

 

Mayın 3-ə qədər razılaşma olmasa, küçənin necə bağlanacağı hələlik məlum deyil.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37