Çərşənbə axşamı, 14 May

Türkiyə ilə bağlı açıqlamasına görə üzr istədi

image

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin müharibədəki itkilərini Türkiyədə zəlzələdə həlak olanların sayı ilə müqayisə etdiyinə görə üzr istəyib.

Xəbər verilir ki, A.Reznikov bu barədə öz tviter hesabında paylaşım edib. 

“İspaniyanın “La Razon” qəzetinə verdiyim müsahibəmdə səsləndirdiyim fikirlərdən inciyən, Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Minlərlə günahsız insanı, dostları və qonşularımızı dəfn etməyin nə olduğunu anlayırıq”, - deyə nazir bildirib. 

Qeyd edək ki, Reznikov “La Razon”a müsahibəsində bildirib ki, Ukraynanın genişmiqyaslı müharibə zamanı verdiyi itkilər Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayından azdır. “Əlbəttə, biz döyüşdüyümüzdən itkilərimiz var. Lakin itkilərimiz Rusiya tərəfində olduğundan azdır. Rəqəm açıqlaya bilmərəm, lakin deyə bilərəm ki, itkilərimizin ümumi sayı Türkiyədə zəlzələ zamanı ölənlərin sayından azdır”, - deyə ukraynalı nazir qeyd edib.

Xatırladaq ki, ən son açıqlamaya görə, Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində 50 500 nəfər həlak olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00