Çərşənbə, 15 May

Şəhidin ailə üzvləri ağır qəzaya düşdü

image

Aprelin 16-na keçən gecə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verilir ki, avtomagistralın Hacı Zeynalabdin Tağıyev istiqamətində “KamAZ” markalı avtomobillə “BMW” markalı minik avtomobili toqquşub. 

Nəticədə bir ailənin üç üzvü - Quliyev Natiq Akif oğlu, Quliyeva Təranə Hüseyn qızı, Quliyev Həsən Natiq oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, kəllə-beyin travması alan T.Quliyevanın vəziyyəti ağırdır. Digər iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər İkinci Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin ailə üzvləridir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00