Cümə axşamı, 25 Aprel

Bayden Ledi Qaqaya vəzifə verdi

image

Müğənni və aktrisa Ledi Qaqa Co Bayden tərəfindən Prezidentin Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib.

Xəbər verilir ki, bu barədə ABŞ liderinin Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13 dəfə "Grammy" mükafatının qalibi və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biri olduğu vurğulanır.

"The Journal Time" daha əvvəl onu dünyanın 100 ən nüfuzlu adamı siyahısına salmışdı.

Qeyd edilir ki, müğənni xeyriyyəçilik işlərində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir.

1982-ci ildə yaradılmış Komitə ABŞ prezidentinə və ABŞ hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı məsləhətlər verir.

Ledi Qaqa Baydenin kampaniyaları çərçivəsində dəfələrlə tədbirlərdə çıxış edib və ona dəstək kampaniyasında fəal şəkildə dəstəkləyib.

O, 2021-ci ilin yanvarındau Baydenin andiçmə mərasimində ABŞ himnini ifa edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33