Çərşənbə, 15 May

Bir sıra dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib

image

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmaması hallarına 15 uyğunluq auditində rast gəlinib. 

Xəbər verilir ki, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd edilir. 

Audit sübutlarının təhlili qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl olunmadığını, tədbirlər üzrə təsdiqedici və əsaslandırıcı sənədlərin bəzi hallarda düzgün tərtib edilmədiyini və yaxud ümumiyyətlə tərtib olunmadığını, bəzi hallarda isə təqdim edilmiş sənədlərin əsaslı olmadığını göstərir. Bundan əlavə, hesabat ilində də yanacaq sərfi normasının düzgün tətbiq edilməməsi, istifadəyə yararsız olan nəqliyyat vasitələri üçün təmir və s. xərclərin aparılması, ezamiyyə ilə bağlı və digər normalara əməl edilməməsi hallarına rast gəlinib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00