Bazar, 05 May

“İlkin - Rövşanə qalmaqalına Samirə də qoşuldu: “Belə hörmətsizlik etmək olmaz!”

image

Son vaxtlar müğənnilərin çoxu verilişlərdən gileylənir və efirə çıxmaqdan imtina edirlər. 

Bir neçə gün öncə müğənni Günay İbrahimli də proqramları bəyənmədiyini, hər verilişə qatılmaq istəmədiyini bildirib. 

Bəs görəsən, məşhurlar niyə efirlərdən uzaq qalırlar? 

Mövzu ilə bağlı danışan müğənni, meyxanaçı Samirə Yusifqızı da bəzi verilişlərdən gileylənib. O, dəvət aldığı hər verilişə qatılmadığını bildirib:

“Həmkarlarım düz deyirlər, bir çox veriliş bizi qane etmir, efirə çıxdıqda ya danışmağa imkan vermirlər, ya da müğənniyə şəxsi suallar verirlər. Mən hal-hazırda efirə girməyə hazırlaşıram, amma verilişə gəldikdə aparıcılara dəfələrlə tapşırıram ki, zəhmət olmasa, mənə şəxsi mövzuda ümumiyyətlə, sual verməyin. Şəxsi söhbətlər etməyi, ailəmin ortaya qoyulmasını sevmirəm. Efirdə özümlə bağlı, sənətimlə bağlı sual verilsə, hə, bu, başqa məsələ. Mənə etdiyim, gördüyüm işlərlə bağlı suallar verilməsini istəyirəm. Bir də ki, bu gün yerindən duranı efirə çıxarırlar, əlinə mikrofon götürən tanındı-tanınmadı efirdədir. Bizim illərlə çəkdiyimiz əziyyətlər, sənət yolunda etdiyimiz mücadilələr, zəhmətlər, verdiyimiz konsertlər hamısı heçə gedir. Nə var, nə var bu gün colma-cocuq ekrana çıxıb. Səs yox, sənət yox, bir geydirmə mahnı yazdırıb gəlib efirə çıxırlar. Belə olanda efirin də səviyyəsi, dəyəri düşür. Vallah, son vaxtlar buna görə heç özüm də verilişlərə getmək istəmirəm. Hər dəvət aldığım verilişə də getmirəm, ancaq seçib gedirəm”. 

Ötən gün efirdə aparıcı Rövşanə Ağasəfqızı ilə Əməkdar artist İlkin Əhmədov arasında yaşanan qalmaqaldan da danışan ifaçı bu mövzuda xanəndədə günah olduğunu deyib: 

“Efir vaxtı yaşanan gərginlikdən mənim də xəbərim oldu. Burada aparıcı sərt davranıb demək olmaz. Çünki aparıcı efirə kimisə dəvət edirsə, buna telekanal rəhbərliyinin icazəsi olur. Hər şey efirdən əvvəl planlanır, qonaqlar dəvət olunur. Əgər dəvət olunan qonaq efirə gəlmirsə, bu halda həm aparıcıya, həm də verilişin prodüserinə söz gəlir. Qonaq çağırılan məşhurun efirə gəlməməyi bir neçə insanı “güllə” altında qoyur. Belə şey etmək olmaz. Mən İlkini dünyalar qədər çox istəyirəm, o mənim ürəyimdir, ən çox sevdiyim sənətçidir, gözəl də insandır. Sadəcə olaraq belə hörmətsizlik etmək olmaz. Mən belə şeyin əleyhinəyəm, əgər gəlməyəcəksənsə, öncədən de ki, gəlmirəm. Gəlirsənsə də deyilən vaxtda efirdə ol. Mən də dünən efirə qonaq çağırılmışdım, evdən 2 saat yarım öncədən çıxmışdım ki, gedim vaxtında efirə çatım. İnsan kimliyindən asılı olmayaraq öz üzərində məsuliyəti hiss etməli və qarşısındakına hörmət etməlidir. Bu istər televiziyada canlı efirdə olsun, istərsə də günlük həyatda, məsuliyyət vacibdir”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15