Cümə axşamı, 02 May

Parkinson xəstələrinin sayı 12 milyonu keçə bilər

image

Ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatını təsir edə bilər.

Xəbər verilir ki, Parkinson xəstəliyinə diqqəti artırmaq və bu xəstəliyə qarşı mübarizəyə diqqəti cəlb etmək məqsədi ilə 11 aprel “Ümumdünya Parkinsonla Mübarizə Günü” kimi qeyd edilib.

Son illərdə bütün dünyada sürətlə yayıldığı üçün mütəxəssislər tərəfindən bir növ “epidemiya” kimi qələmə verilən xəstəlik ilk dəfə 1817-ci ildə London həkimi Ceyms Parkinson tərəfindən elmə gətirilib. 

Parkinson xəstəliyinin beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəldiyi bildirilir. Ən çox görülən simptomları "əzələ sərtliyi, hərəkətdə çətinlik və titrəmə" olan xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15