Şənbə, 20 Aprel

“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik - FOTO

image

Məşhur “WhatsApp” mesencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, mesencerdə dərc olunan statuslar birbaşa “Facebook” sosial şəbəkəsində görünə biləcək.

Seçimi “status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq “Facebook”un “hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.

Funksiyanın gələcəkdə “Instagram” üçün də tətbiq olunması planlaşdırılır.

Opsiya hazırda “WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq.

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20