Cümə axşamı, 02 May

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

image

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

Xəbər verilir ki, İngiltərə Premyer Liqasında XXX turun açılış matçında “Mançester Yunayted” “Everton”u sınağa çəkəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Baş məşqçi postuna Frenk Lempardı gətirən “Çelsi” “Vulverhempton”un qonağı olacaq. Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə autsayder “Sauthempton”la qarşılaşacaq.

Premyer Liqada turun mərkəzi oyunu isə sabah keçiriləcək. Lider “Arsenal” “Liverpul”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Fransa Liqa 1-də lider PSJ “Nitsa”nın qonağı olacaq. Bu gün keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Almaniya Bundesliqasında çempionluğa əsas iddiaçılar - “Bavariya” və “Borussiya” bu gün eyni saatda meydana çıxacaqlar. Lider Münhen klubu 17:30-da start götürəcək qarşılaşmada 4-cü pillənin sahibi “Frayburq”un qonağı olacaqsa, 2-ci dortmundlular 3-cü yerdə qərarlaşan “Union”u qəbul edəcəklər.

İtaliya A Seriyasında turun mərkəzi oyunu bu gün baş tutacaq. Saat 22:45-də start götürəcək qarşılaşmada “Yuventus” “Latsio”nun qonağı olacaq.

İspaniya La Liqasında “Real Madrid” “Vilyarreal”ı sınağa çəkəcək. Oyun saat 23:00-da başlayacaq.

La Liqada sabah “Atletiko” “Rayo Valyekano”nun qonağı olacaq. “Barselona” isə aprelin 10-da saat 23:00-da “Jirona”nı qəbul edəcək.

Türkiyə Super Liqasında turun əsas oyunu “Fənərbağça” və “Karagümrük” arasında keçiriləcək. Aprelin 10-da baş tutacaq oyun saat 21:30-da başlayacaq.

Həftəsonunun ən maraqlı oyunları
8 aprel

İngiltərə Premyer Liqası

15:30. “Mançester Yunayted” - “Everton”
18:00. “Vulverhempton” - “Çelsi”
20:30. “Sauthempton” - “Mançester Siti”

Fransa Liqa 1
23:00. “Nitsa” - PSJ

Almaniya Bundesliqası
17:30. “Borussiya” (Dortmund) - “Union”
17:30. “Frayburq” - “Bavariya”

İtaliya A Seriyası
22:45. “Latsio” - “Yuventus”

İspaniya La Liqası
23:00. “Real Madrid” - “Vilyarreal”

9 aprel

Premyer Liqa
19:30. “Liverpul” - “Arsenal”

La Liqa
23:00. “Rayo Valyekano” - “Atletiko”

10 aprel

La Liqa
23:00. “Barselona” - “Jirona”

Türkiyə Super Liqası
21:30. “Karagümrük” - “Fənərbağça”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15