Çərşənbə axşamı, 07 May

Goranboyda silahlı basqın: Xəsarət alanlar var

image

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda evə silahlı basqınla bağlı məlumat yayıb.

Xəbər verilir ki, polisə 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub. Hadisə yerinə gələn DİN əməkdaşları silahlı şəxsi tərk-silah edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib.

Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib. Onların vəziyyəti normaldır.

Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58