Cümə, 26 Aprel

Vinsent Kassel həyat yoldaşı ilə olan şəkillərini səhifəsindən sildi - FOTO

image

Fransız aktyor Vinsent Kassel həyat yoldaşı model Tina Kunaki ilə olan bütün şəkillərini “Instagram” səhifəsindən silib.

Məlumata görə, cütlük beş illik evlilikdən sonra ayrılıb. Onların boşanmağa hazırlaşdığı bildirilib.

Həmçinin, Kassel aprelin 5-də Kunakini ad günü münasibətilə təbrik etməyib. Qadın özü də ərinin fotolarını paylaşmağı dayandırıb.

Qeyd edək ki, Vinsent Kassel və Tina Kunaki 2018-ci ildə evləniblər. 2019-cu ilin aprel ayında cütlüyün Amazoni adlı qızı dünyaya gəlib.

 

Xatırladaq ki, aktyor üçün bu, ikinci evlilikdir. Belə ki, o, 1999-2013-cü illərdə italyan aktrisa Monika Bellucci ilə ailəli olub. Bu izdivacdan Deva və Leoni adlı iki qız övladı dünyaya gəlib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33