Bazar, 05 May

HƏMAS İsraili bombaladı

image

Qəzza zolağından İsrail ərazisinə 9 raket atılıb. 

Xəbər verilir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri "Twitter" hesabında məlumat yayıb. 

O bildirib ki, raketlərdən dördü "Dəmir günbəz" hava hücumlarından müdafiə sistemi tərəfindən məhv edilib, qalanı Qəzzaya bitişik açıq ərazilərə düşüb. 

İsrail Müdafiə Qüvvələri buna cavab olaraq fələstinlilərin HƏMAS qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. 

Qeyd edək ki, ötən ay İsrail və Fələstin nümayəndə heyətləri Ramazan ayında münaqişənin böyüməsinin qarşısını almaq ümidilə iki dəfə görüş keçirib. ABŞ, Misir və İordaniyanın vasitəçiliyi ilə baş tutan görüşlər nəticəsiz qalıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15