Şənbə, 04 May

Sergey Lavrov bu gün Türkiyəyə gedir

image

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gedir.

Burada o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq, taxıl sazişinin icrası və iki ölkəni maraqlandıran digər məsələləri müzakirə edəcək.

Xəbər verilir ki, Lavrovun aprelin 6-dan 7-dək davam edəcək rəsmi səfərini Türkiyə diplomatiyasının rəhbəri açıqlayıb. Onun sözlərinə görə, “müzakirə etməyi planlaşdırdığımız çoxlu məsələlər var. İkitərəfli əlaqələrlə yanaşı, taxıl müqaviləsinin uzadılması məsələsinə də baxılacaq. Bu məsələ ilə bağlı martın 30-da BMT-nin baş katibi ilə də danışıqlarımız olub”, – Çavuşoğlu deyib.

O, daha sonra qeyd edib ki, hazırda Rusiya tərəfi taxıl müqaviləsinin müddətinin 60 gün uzadılmasına razılıq verib, lakin onun 120 gün uzadılması məsələsinə hələ də aydınlıq gəlməyib. Nazirin sözlərinə görə, bu məsələ görüşün əsas mövzusu olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15