Şənbə, 20 Aprel

Bizneslə məşğul olanlara sərfəli kreditlər veriləcək - VİDEO

image

2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.

Məlumat verilir ki, yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərib. Lakin 2022-ci ilin sonuna doğru bu istiqamətdə dəyişikliklər müsbətə doğru getdi. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu bankların kredit siyasətində də özünü göstərir.

Ekspert bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə bir milyarda yaxın artıb.

Rəşad Həsənovun sözlərinə görə, sektorlar arasında yaranan bu fərq isə, biznes kreditlərinə bəzi sahələrdə daha çox ehtiyac olduğunu göstərir. İnşaat, iaşə, nəqliyyat və ticarət xidmətlərinin təşkili kimi sahələrdə kreditləşmə nisbətən daha sürətlə genişlənməyə başlayıb. Buna görə də bu növ kreditlərin daha sərfəli şərtlərlə verilə biləcəyi gündəmdədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20