Bazar, 05 May

Həkim-psixiatr: Autizmin əlamətləri iki yaşından etibarən özünü göstərməyə başlayır

image

Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.

Xəbər verilir ki, bunu TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 4 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Yaqut Seyfullayeva deyib.

Həkimin sözlərinə görə, autizmin əlamətləri əsasən, iki yaşından etibarən özünü göstərməyə başlayır:

“Autizm xəstəliyinin əsas əlamətləri göz kontaktının olmaması, nitq ləngiməsi, exolaliya (sözləri təkrarlamaq) davranış pozuntusu olur. Sözügedən xəstəliyin simptomları bəzən çox erkən yaşlarda da (məsələn, 8-9 ay) müşahidə oluna bilər. Lakin əksər hallarda xəstəliyin simptomlarına 10-30 ay aralıqlı uşaqlarda rast gəlinir.

Autizm xəstəliyində psixo-pedaqoji müalicə növü tətbiq olunur. Burada psixoloq, loqoped və defektoloqun müayinələri, fikirləri əsas götürülür”.

Yaqut Seyfullayeva bildirib ki, valideynlər autizm xəstəliyi olan uşaqlarla daim məşğul olmalıdırlar:

“Autizm sindromlu uşaqlar günün 6-8 saatını reabilitasiyalarla (loqoped, psixoloq, rəqs, idman və s.) məşğul olmalıdırlar. Onlara diqqət edilməsi vacibdir. Eləcə də müayinələri də davam etdirilməlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15