Cümə, 29 Mart

İlin lətifəsi: terror sponsoru İran Azərbaycanı İŞİD-lə müttəfiqlikdə suçlayır! - Bakıdan sərt reaksiya

image

İşğalçı Ermənistanın əsas havadarlarından olmuş, Azərbaycanın 44 günlük qalibiyyətli savaşından sonra da onunla canbir, qanbir olmağa davam edən İranın xalqımıza qarşı hədyanları azalmır. Bu dəfə onun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri Azərbaycanın ünvanına cəfəng fikirlər səsləndirib.

K.Heydəri iddia edib ki, guya Azərbaycanda “sionist” elementlər var və 2-ci Qarabağ savaşı zamanı guya Azərbaycanın Suriyadan gətirdiyi İŞİD terrorçularının ölkəmiz ərazisində olmadığının sübutu yoxdur. Beləcə, ordumuzun halal qələbəsinə şübhə salmaqla yanaşı, ölkəmizi həyasızcasına terrorçuluqda ittiham edib. İranın özü dünyanın əsas terror sponsorlarından, terrorçu dövlətlərindən biri ola-ola!

Burda deyiblər, “adımı sənə qoyum, səni də yana-yana...”.

Heydəri bir az da qabağa gedərək Tehran rəsmilərinin ənənəvi və çeynənmiş sözlərini tərkarlayıb, İran tərəfindən Ermənistanla sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini bildirib. Sanki Azərbaycan Ermənistana hücuma hazırlaşır və İran da bölgədə beynəlxalq birlik tərəfindən “əxlaq polisi” təyin edilib.

Xəbər verildiyi kimi, rəsmi Bakının bu hədyana cavabı gecikməyib. Reaksiya sərt, lakin adekvat olub. Azərbaycan Müdafiə Nazirliyinin (MN) açıqlamasında deyilir: “Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyil. İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya ”sionist" qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun ki, Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır", - MN bəyan edib.

SEPAH-ın hərbi məsləhətçisi öldürüldü

Açıqlamada həmçinin deyilir ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır: “44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yaxıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”.

Tehranın ölkəmiz əleyhinə davam edən və getdikcə daha absurd və abırsız şəkil alan “dəvəquşu siyasətinə mövqeyimiz necə olacaq? Bu həyasızlıq nə vaxta qədər sürəcək? Nə etməliyik?

Fikrət Yusifov: "Qarşıda bizi ciddi bir təhlükə gözləyir"

Fikrət Yusifov: “İran molla rejimi tarixi unutmamalıdır”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov molla rejimini tarixi unutmamağa çağırdı: “İndiki dönəmdə İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv münasibət İran molla rejiminə yaxşı heç nə vəd etmir. Bütün hallarda İran molla rejimi tarixi unutmamalıdır. Bu gün İran əhalisinin böyük əksəriyyətini içində bütöv Azərbaycan sevgisi yaşadan və bu bütövləşmənin nə vaxtsa baş verəcəyini həsrətlə gözləyən Azərbaycan türkləri təşkil edir. Bu reallığı necə unutmaq olar? Ona görə bu gün İran Azərbaycanla münasibətləri nizama salmaqda daha çox maraqlı olmalıdır. İndi İrana beynəlxalq müstəvidə yaşadılan problemlər yetərlidir. İranın bir dövlət kimi mövcudluğunun təhlükə altında olduğu, böyük dəstəkçisi Rusiyanın acınacaqlı durumunu göz önünə alaraq addımlar atmaq İran üçün daha münasib olardı.

İranın (farsların) erməni sevgisinin əsasında dayanan isə tamamilə başqa bir məsələdir. Dinləri bir olmasa da, bu iki xalqın kökləri eynidir, yəni onlar gerçəkdən qardaşdırlar. Ancaq bu İran rejiminə Azərbaycana qarşı aqressiv münasibət sərgiləmək üçün əsas olmamalıdır. Azərbaycana qarşı hərbi aqressiya nümayiş etdirən İran molla rejimi unutmamalıdır ki, bu gün hansı güclər Azərbaycanın yanındadır və Azərbaycana qarşı hər hansı bir hərbi hərəkətlilik onlar üçün hansı nəticələrə gətirib çıxara bilər?"

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov iranlı hərbçinin dediklərinə çox sərt cavab verdi. Onun sözlərinə görə, cənub qonşumuz ermənilərin hamiliyini etməklə məşğuldur: “Azərbaycan 44 günlük müharibədə Allahın izni ilə öz qoşunlarının fəaliyyəti nəticəsində qalib gəldi. Azərbaycan Silahlı Qüvvələri bölgədə ən mobil xüsusi qoşunlara və texnoloji imkanlara malik olan bir ordu olduğunu göstərdi. Bu təbii ki, bəzi qüvvələri narahat edə bilər. İranlı yüksək çinli hərbçinin siyasi xarakter daşıyan bu bəyanatı verməyindənsə, gedib öz ordusu ilə məşğul olması lazımdır. Yoxsa mülki təyyarələri yenə hərbi obyekt bilib vurarlar.

Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

Azər Hüseynov 

Azərbaycanda hansısa xarici assimetrik gücün olduğuna dair sübut olsa idi, bu dəqiqə Ermənistan əlində “sübutlar” özünü “lezvalamışdı”. Bu ümumi sözləri iranlı hərbçinin söyləməsi isə əslində onun öz işi ilə məşğul olmadığının sübutudur. Azərbaycan 1991-ci ildən müstəqildir və Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması tərəfdarı olub və bunu sübut da edib. Bu iranlı hərbçi yaxşı olardı ki, öz ölkəsinin hərbi qüvvələri daxilində mediyaya sızan casusluq olayları ilə məşğul olsun. Əgər ona qalsa bu şəxsə sual vermək lazımdır ki, sizin generallarınız nə üçün digər ölkələrin ərazisində ölür. Sizin general və  hərbçilərin digər ölkələrdə nə işi var? İran həqiqətən islam dövlətidirsə, Ermənistanla bu isti münasibətləri bir izah etsin. Bu həmin Ermənistan deyildirmi ki, özünə şiə müsəlman deyən minlərlə insanı qətlə yetirdi, yüzlərlə məscid və dini abidələri məhv edib içində donuz otardı.

İran Sasani ruhunu din pərdəsi ilə örtürsə, bu onun problemidir. Daxili siyasi və ideoloji problemidir. Bəyan etdiyi dəyərlərlə real siyasətinin bir-biriylə ziddiyyət problemidir. Özünə lazım olanda nə üçün Çinin vasitəsilə terrorçu elan etdikləri ilə danışıqlar aparır, görüşlər keçirə bilir: Bu İranın bəyan etdiyi dini prinsiplərlə uzlaşırmı? Bu bir daha onu göstərir ki, Sasani dərin dövlətinin Böyük İran xülyaları işə düşəndə islami dəyər və prinsiplər gözardı edilir. İran məzhəblərin yaxınlaşdırılması nazirliyi qurub, amma bölgənin bütün məzhəbarası münaqişələrinin iştirakçısıdır. Eyni zamanda, onun göndərdiyi təbliğatçılar açıq şəkildə məzhəb qarşıdurmalarını tətikləyir. İranda mötədil qanad, insani və islami dəyərlərə yaxınlıq etmək istəyənlər çoxdandır ki, susdurulub. İran bu gün özünü Sasani varisi kimi aparır. Bir zaman bizə ixrac etdiyi ermənilərin hamiliyi ilə məşğul olur. Son dövrlər bütün beynəlxalq hərbi yarışlarda birinci yerləri davamlı tutan hərbçilərimizin gücünü görməzdən gəlmək istəyir.

44 günlük müharibədə Azərbaycan heç bir simmetrik və ya assimetrik yad elementdən istifadə etməyib. Ona görə də, xaricdə artıq onun Şuşa dastanı təcrübəsini öyrənirlər. Bir də, İran Sasani mirası ilə çıxış etməyi davam edirsə, bilsin ki, artıq bölgədə türklərin də bir Turan ruzigarı əsir. Bu rüzigarın başında Azərbaycan və Türkiyə dayanır. İrandakı Sasani dərin dövlətinin bununla bağlı dərin düşünməsi lazımdır. Belə ki, Azərbaycan hər zaman konstruktiv mövqedə olub və danışmaq istəyənlə danışıb. Ümid edirəm ki, bir gün gələcək İranda da regionu düz anlayan və həqiqi islami meyarları göz önünə alan insanlar ortaya çıxacaq və “Xaçlı İttifaq”ın üzvü qatil Ermənistana deyil, Azərbaycana üz tutacaqlar. Bu zaman Turan rüzigarı da onun üçün günahları ilə üzləşmə deyil, bir bölgəsəl sərinlik olacaq".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45