Çərşənbə axşamı, 19 Mart

Ronaldo kapitan olmaq istədiyinə görə mübahisələr yaranıbmış

image

Kristiano Ronaldo "Mançester Yunayted" futbol klubunda oynadığı zaman klubun kapitanı olmaq istəyib.

Xəbər verilir ki, portuqaliyalı futbolçu onu komandanın kapitanı təyin etməsi barədə baş məşqçi vəzifəsini icra edən Ralf Ranqnikə müraciət edib. 

Alman mütəxəssis hücumçunun bu arzusunu yerinə yetirmədiyinə görə tərəflər arasında mübahisələr yaranıb.

Qeyd edək ki, 38 yaşlı futbolçu ötən il noyabrın sonunda "Mançester Yunayted"dən ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11