Çərşənbə axşamı, 19 Mart

Kirayə evə baxmaq üçün ödəniş tələb olunur? - AÇIQLAMA

image

"2 otaqlı mənzil 280 manata kirayə verilir, ofis haqqı 30 faizdir, göstərmə haqqı isə 10 manatdır. Evi bəyənməsəniz belə 10 manat ödəməlisiniz". 

Hazırda sosial şəbəkələrdə çox sayda bu cür ev elanları görmək mümkündür. Belə ki, vasitəçi evi göstərir, hər hansı səbəbdən evi bəyənməsəniz belə göstərmə haqqına görə 5,10,15 manat pul ödəməli olursunuz. Bu, kirayə mənzil axtarışında olan insanların narazılığına səbəb olub. 

Daşınmaz Əmlak Məsələləri üzrə ekspert Məcid Məcidov açıqlamasında bildirib ki, göstərilmə haqqının ödənişli olması vacib məqamlardan biridir: 

"Kirayə və ya satış mənzillərinin müştəriyə  göstərilməsi zamanı xidmət haqqının alınması günü-gündən aktuallaşır. Bəzi müştərilər vardır ki, gün ərzində 5-6 kirayə mənzilə baxırlar.  Hər hansı agentliyin işçisi müştəri üçün zaman ayırır. Ona 5 ev göstərir,  lakin günün sonunda müştəri heç bir mənzili götürmür. Ortalıqda agentliyin işçisinin həm zamanı gedir, həm də digər müştəri xidmətlərindən mərhum olur. Kirayə mənzillərinin göstərilməsinin ödənişli olması vacib məqamlardan biridir. Daşınmaz Əmlak Agentlikləri tərəfindən müqavilə əsasında kirayə mənzillər göstərilsin. Yəni bir müştəri hər hansı agentlikdən kirayə mənzil götürmək istəyirsə, ona xidmət haqqı ödəməlidir. Ümumiyyətlə, Bakıda Daşınmaz Əmlak Bazarında standart xidmət haqqı faizi yoxdur. Məncə, bu məsələ Milli Məclis tərəfindən dəyərləndirilsin. Azərbaycanda Daşınmaz Əmlak Agentliklərinin standart xidmət haqqı faizi olsun. Qanunvericilikdə göstərilsin ki, standart olaraq agentliyin təşkil etdiyi mənzillərin satışından bu qədər faiz götürüləcək. Gələn müştəridən müqavilə əsasında bu işlər görülsün". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11