Çərşənbə axşamı, 19 Mart

Bakıda şirkət rəhbəri 745 min manat ələ keçirib?

image

Bakıda fəaliyyət göstərən Türkiyənin "Azinfo Dış Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialının rəhbəri, 1982-ci il təvəllüdlü Əliniyazzadə Pərviz Əlimurtuza oğlu barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib.

Əldə etdiyimiz məlumata görə, şirkətin rəhbəri Öztanlılar Eşref Hakan bir neçə gün əvvəl məktubla müraciət edərək bildirib ki, 2016-2023-cü illər ərzində P.Əliniyyazzadə və ətrafındakı şəxslər şirkətə məxsus olan 745 135 manat pulu mənimsəyərək ələ keçirib.

Türkiyəli biznesmen həmin şəxslərin məsuliyyətə cəlb edilməsini və barələrində hüquqi tədbirlərin görülməsini xahiş edib.

Qeyd edək ki, bir neçə ay əvvəl "Azinfo Dış Ticaret Anonim" şirkəti özü də bəyanat yayaraq P.Əliniyyazzədnin fırıldaqçılıq etdiyini və şirkətin tərəfdaşlarının bunu nəzərə almasını elan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11