Çərşənbə axşamı, 19 Mart

Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?

image

Dünən gecə saatlarında erməni mənbələri belə bir məlumat yaydı: Azərbaycan hərbçiləri Gorus-Xankəndi yolunu Ermənistanla sərhəd hissədə, Gorusun Tex (Dığ) kəndi yaxınlığında bağlayıb.

Xəbər verilir ki, bu məlumat erməni Teleqram kanallarında (Togarma, Armenian military portal və s.) yayıldı.

Məlumatda iddia olunur ki, bir neçə saat əvvəl Azərbaycan Ordusuna məxsus bir neçə "Ural" avtomobili Ermənistanla sərhəddə, Tex kəndi yaxınlığında Gorus-Xankəndi yolunu bağlayıb.

İddia belədir ki, ərazidə Azərbaycan Ordusuna məxsus 10-dan çox "Ural" maşını var və Azərbaycan əsgərləri yolda səngər qazmağa, istehkam işləri aparmağa və nəzarət məntəqəsi qurmağa hazırlaşır.

“Togarma” kanalı yazır ki, bu addım Laçın dəhlizinin tamamilə alternativ yola köçürülməsinin nəticəsi ola bilər.

“Əldə etdiyimiz məlumata görə, Azərbaycan Laçın dəhlizinin əvvəlki yolunun bir hissəsindən müvəqqəti istifadəyə icazə verib. İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi. Lakin Ermənistan tərəfi yeni yolu inşa etməyib, Azərbaycan isə qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır. Ümid edirik ki, səbəb budur. Əks təqdirdə bu, Laçın dəhlizini Azərbaycanın nəzarətinə keçirəcək son addım olacaq”, - erməni kanalı yazır.

Bu informasiya rəsmi olaraq təsdiqlənməyib. Lakin erməni mənbələr bu addımı Laçın dəhlizinin Ermənistanla sərhəddə başlanan hissəsində nəzarət-keçid məntəqəsinin qurulması olaraq dəyərləndirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11