Çərşənbə axşamı, 19 Mart

Putinin varisini Si Cinpin müəyyən edəcək - ŞOK İDDİA

image

“Putinin varisi Çinlə razılaşdırılacaq. Moskvanın Pekindən artan asılılığı Rusiyanın daxili siyasətinə kənardan nəzarətə gətirib çıxaracaq”.

Xəbər verilir ki, bu iddianın müəllifi rusiyalı politoloq Abbas Qallyamovdur.

“Əvvəllər Stalin Çin Kommunist Partiyasının liderini seçirdi və ona necə davranacağını söyləyirdi. İndi əks proses baş verir”, - deyə siyasi ekspert bildirib.

Qallyamovun fikrincə, Putin hakimiyyətdən sona qədər yapışacaq, lakin Si Cinpin nə vaxtsa bu məsələdə fərqli mövqe tuta bilər.

“Onların maraqları tam üst-üstə düşmür: Putin ilk növbədə öz gələcəyini, Si isə rejimin gələcəyini düşünür. Hələlik bunlar sinonimdir, lakin gələcəkdə bu məfhumlar eynilikdən uzaq ola bilər. Bildiyiniz kimi, çox oturmuş hökmdar çox vaxt inqilaba aparan əsas amilə çevrilir”, - deyə Abbas Qallyamov qeyd edib.

Ekspertin proqnozuna görə, Putin zəiflədikcə, Si Cinpin tədricən Rusiya elitasının əsas ağırlıq mərkəzinə çevriləcək. Üstəlik, Çin lideri artıq Rusiya Federasiyasındakı seçkilərlə bağlı açıq şəkildə danışıb, Rusiyanın daxili siyasi prosesində iştirak etməyə hazır olduğunu bəyan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11