Çərşənbə axşamı, 19 Mart

Hansı xəstəliklərdən əziyyət çəkənlər donor ola bilməzlər?

image

Hansı xəstəliklərdən əziyyət çəkənlər donor ola bilməzlər? 

“Donor olmaq üçün uyğun bilinən və donor kimi müraciət etməsi tövsiyə edilməyən xəstəliklərin siyahısı Nazirlər Kabineti tərəfindən tərtib edilib”.

Xəbər verilir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayım zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, qeyri-spesifik, kəskin və yaxud da xroniki problemi olan şəxslər donor ola bilməzlər:

“Eləcə də bəzi infeksion-virus mənşəli xəstəliklərdən əziyyət çəkənlər – sifilis, QİÇS və digər onkoloji xəstəlikləri, qan xəstəlikləri olan insanlara donor olmaq qadağandır”.

Donor kimi müraciət edənlərdən tələb edilən sənədlər tamamlanmadığı müddətcə şəxsin müraciətinin təsdiqlənmədiyini deyən həkim qeyd edib ki, bunun üçün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edilməlidir:

“Şəxs zəruri olan bütün yoxlamalardan keçməli, müvafiq analizləri verməlidir. Eləcə də Koordinasiya Mərkəzinin həkim komissiyasının şəxsin donor ola biləcəyinə dair rəsmi rəyi verilməlidir. Eləcə də donorun özünün könüllü razılığı olmalıdır. Bunun üçün yaş məhdudiyyəti yoxdur. Orqanlarda heç bir patologiya yoxdursa, köçürülmə baş tuta bilər.

Bu gün Mərkəzə orqan transplantasiya ilə bağlı daxil olan müraciətlərdən 200-dən çoxu məhz böyrək köçürülməsi ilə bağlıdır. İkinci sırada talassemiya xəstələridir. Böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir”.

Həkim qeyd edib ki, Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda canlı donordan sümük iliyi köçürülməsi də qanunvericiliklə həyata keçirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11