Çərşənbə axşamı, 19 Mart

Yuyucu vasitələr xərçəngin inkişafına səbəb ola bilər

image

Türkiyəli professor Yüksel Ardalı kimyəvi maddələrin ətraf mühitdə heç vaxt parçalanmadığını və bədəndə illərlə qala biləcəyini bildirib. 

Xəbər verilir ki, professor yuyucu vasitələrin tərkibində olan kimyəvi maddələrin insan sağlamlığına çoxlu zərərli təsirlərinin olduğunu qeyd edib. 

O, həmin maddələrin plastik qablar, üzərinə qida yapışmayan tavalar, yanğınsöndürmə köpüyü, təmizləyici maddələrin tərkibində olduğunu vurğulayıb. 

Bir çox sağlamlıq probleminə səbəb olan kimyəvi maddələrin ətraf mühitə və həyatın hər sahəsinə zərər verdiyini söyləyən professor deyib: “Bu maddələr ətraf mühitdə inanılmaz dərəcədə qalıcıdır, heç vaxt parçalanmır və bədənimizə təmas etdiyi təqdirdə yaratdığı zərərlər illərlə qalır. Aparılan tədqiqatlar göstərir ki, kimyəvi maddələr qaraciyər və mədəaltı vəzi xərçənginin, reproduktiv problemlərin inkişafına zəmin yaradır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11