Çərşənbə axşamı, 19 Mart

Ən eqolu 3 BÜRC

image

Eqo əslində hər bir insanın xarakterində mövcuddur. Ancaq bəzilərində bu özünü daha çox biruzə verir. Böyük eqoya sahib olmaq adətən sosial münasibətlərdə uğur qazandırmır. Burada əsas məqam həddini aşmamaqdır. Bütün digər xarakterlər kimi eqonun da bürclərlə bağlantısı var. Elə isə gəlin görək hansı bürc daha eqoludur?

Mütəxəssis astroloqların araşdırmalarına əsaslanaraq nəticəni sizlərə təqdim edirik:

Şir

Eqo dedikdə ağla gələn ilk bürclərdən biri şirdir. Özlərini hər kəsdən üstün görürlər, daxil olduqları mühitlərdə dərhal diqqət çəkirlər. Bunu tarazlıqda saxlayanlar uğur qazanır, həddi aşanlar isə dostluq etməkdə çətinlik çəkirlər.

Qoç

Özündən başqa heç kimi sevməyən qoç bürcü yüksək eqolu bürclərdəndir. O, hər zaman, hər şəraitdə özünə güvənir və üstünlüyünü göstərməyə çalışır. Bunu "eqo savaşı" səviyyəsinə gətirən qoçlar heç də bəyənilmir. Eqosunu hiss etdirməyənlər və tarazlıqda saxlayanlar həmişə lider olurlar.

Əkizlər

Özlərini Kaf dağından bir az aşağıda görən əkizlər, zəkalarına çox arxayındırlar. Sarkazmlarını zəkaları ilə birləşdirəndə dözülməz olurlar. Onlar tam eqo döyüşçüləridir. Özünüzü onlarla müqayisə etməyin.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11