Cümə, 24 May

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

image

“Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çevik davranaraq həyətə daxil olub və qapını bağlayıb. Hadisə baş verəndə ailəsi evdə olub, qardaşım özündən çox ailəsinə görə də narahat olub”.

Bu sözləri ötən gecə yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan deputat Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.

O bildirib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum olub:

“Tək olub, maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir dirək var, onlar orada pusqu qurub, məqsədyönlü şəkildə qardaşımı gözləyiblər. Bu, sifarişli hadisədir.

Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Şükür hazırda qardaşımın vəziyyəti yaxşıdır. Bu hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək istəmirik”.

Fazil Mustafanın evinin və ailə yaxınlarının təhlükəsizliyinin təmin edilib-edilməməsi ilə bağlı suala isə İlqar Mustafayev belə cavab verib:

“Bəli, təhlükəsizlik məqsədilə ölkənin güc strukturları tərəfindən bütün zəruri tədbirlər görülüb. Təhlükəsizliyimizin tam təminatı üçün hüquq-mühafizə orqanları, dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər atılıb”.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Eyni zamanda o bu gün çiynindəki yara ilə bağlı ikinci dəfə cərrahi əməliyyata alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah yağış yağacaq

  • 24.05.2024 - 09:54
image

İyunda varlanacaq 3 bürc

  • 22.05.2024 - 20:06
image

Qubada 6 otaqlı ev yanıb

  • 22.05.2024 - 09:40
image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06