Cümə axşamı, 18 Aprel

"Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq" - Ermənistanlı deputat

image

“Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı öz ölkəsində qalsın”.

Xəbər verilir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından üzvü olan Qaqik Melkonyan Ermənistanın Roma statunu tanıması fonunda Rusiya Prezidentinin İrəvana səfəri zamanı həbs edilməsi ehtimalına toxunarkən deyib.

“Bizə gəldikdə, əgər bu razılaşmanı təsdiqləmişiksə, onda öhdəliyimizi icra etməliyik. Qoy Rusiya Ukrayna ilə problemlərini həll etsin”, - o deyib.

Ermənistanın müdafiə nazirinin sabiq müavini olmuş Qaqik Melkonyan Putinin İrəvana gəlməsini istəmədiyini də deyib.

“Əgər bu sənədi imzalamışıqsa, yaxşısı o Ermənistana gəlməsin. Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək”, iqtidaryönlü deputat deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56