Cümə axşamı, 25 Aprel

Şuşa-Turşsu yolu tam nəzarətimizdə - sırada Laçın yolu postudur...

image

Ermənilərin terrorçu məqsəd üçün silah daşımalarını Ordumuz əngəllədi, indi əsas diqqət Laçın yolunda postun qurulmasına yönəldilib

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunu hərəkətə keçirdi. Neçə müddətdir ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunduğu qeydə alınırdı.

Buna qədər Azərbaycan Rusiya sülhməramlılarına çoxsaylı müraciətlər etsə də, ermənilərin qeyri-qanuni əməlləri davam edirdi. Təbii ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşımasına həmişə göz yummaq niyyətində deyildi və bu haqda dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edilmişdi, bölgədəki sülhməramlıları da məlumatlandırmışdı.

Azərbaycan separatçılara qarşı özü hərəkətə keçdi və ermənilərin bütün silah daşınan yolları nəzarətə götürüldü. Bundan əlavə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində də kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Azərbaycan bəyan edib ki, baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistanı təxribatlara son qoymağa və prosesin pozulmasına yönəlmiş addımlardan çəkinməyə məcbur etməlidir. İndi əsas diqqət Laçın yolunda postun qurulmasına yönəldilib. Yada salaq ki, Prezident İlham Əliyev ötən ay ABŞ-ın dövlət katibinin vasitəçiliyi ilə Münhendə keçirilən görüşdə  “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürüb. Amma Bakının rəsmi şəkildə irəli sürdüyü, ABŞ tərəfindən də dəstəklənən təklifə hələ də İrəvanın birmənalı cavabı yoxdur, ən müxtəlif bəhanələrlə bundan yayınır. Üstəlik, yolun guya bağlı olması ilə bağlı hər gün dünyaya yalan məlumatlar ötürür.

Son olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə də toxunub. Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin bildirdiyinə görə, Rusiyaya, Ermənistana, dünyaya açıq demək lazımdır ki, əgər gizli bir işiniz yoxdursa, Laçın yolundan ancaq dinc əhali gedib-gəlirsə, ərzaq və digər ləvazimat daşınırsa, nədən Azərbaycan öz sərhədində buraxılış nəzarət məntəqəsi qura bilməz: “Bunun nə ziyanı ola bilər ki?! Yox, əgər siz o yolla silah-sursat daşıyırsınıza, terrorçuları silahlandırmaq üçün istifadə edirsinizsə, o zaman bizim də təhlükəsizliklə bağlı addımlar atmağa haqqımız-hüququmuz var. Lavrovun, Rusiyanın, Ermənistanın həyasızcasına, "10 noyabr sazişində bu nəzərdə tutulmayıb", demələri boş sözdür. Lap yaxşı, olmayan nə varsa Azərbaycan qanunları ilə tənzimlənir. Ölkə 10 noyabr sazişi ilə deyil, Azərbaycan Konstitusiyası ilə idarə olunmalıdır, sərhəd məsələsi məhz konstitusiyada təsbit olunub tənzimlənir".

Elxan Şahinoğlu: “Zatulin hər fürsətdə Azərbaycan cəmiyyətini aşağılamağa  çalışır”

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, nə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana səfərləri, o cümlədən azərbaycanlı və erməni həmkarları ilə mütəmadi görüşləri, nə də ABŞ dövlət katibi Entoni Blinkenin Bakıya və İrəvana tez-tez etdiyi telefon zəngləri sülh prosesini sürətləndirir: “Prezident İlham Əliyev Entoni Blinkenlə telefon danışığında Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü bir daha onun diqqətinə çatdırıb. Lavrov bundan xəbərdardır. Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar. Bir sözlə, hamı bu və ya digər şəkildə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulacağına hazırdır. Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya hərbi kontingentinə aid olanların da yoxlanılmasını diktə edəcək. Avropa ölkələrinin bir qismində "Laçın yolu açıqdır" arqumentimizi eşitmək və qəbul etmək istəmirlər. Halbuki səfirlərimiz çalışdıqları ölkələrdə “Azərbaycanın öz ərazisində - Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratması suveren haqqıdır” təbliğatını gücləndirməlidirlər. Çünki bir gün sərhəd-keçid məntəqəsi yaradılanda həmin ölkələr buna hazır olmalıdırlar".

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Laçın yolunda post qurulması, eləcə də Laçın rayonunun Ermənistanla sərhədində nəzarət-buraxılış məntəqəsi yaradılması bölgəyə silah daşınmasını tam sıfırlayacaq: “Əgər ermənilərin döyüş mövqelərinə mina, hərbi texnika aparılmırsa, onda niyə narahatdırlar? Sərhəd məntəqəsi qurulacaq, Qarabağ erməniləri də yoxlanılıb Ermənistana gedib-gələcəklər. Əgər Əsgəranda, yaxud Ağdərədə yaşayan bir Vazgen İrəvana öz maşını ilə gedirsə, baqajında qumbara, avtomat daşımırsa, ona nəzarət-buraxılış məntəqəsində, yaxud Laçın dəhlizində olacaq postda kim problem yaradacaq? Biz büdcədən pul xərcləyib yolu çəkməmişik ki, onlar silah-sursat daşısınlar, əleyhimizə terrorçuluğu davam etdirsinlər. Bu məsələdə Avropa İttifaqının və Vaşinqtonun hər hansı etirazını görməmişik. Rusiya da son hadisəyə kəskin reaksiya verməyib. Turşsu-Xəlifəli yolunu nəzarətə götürdükdən sonra Moskvadan qəzəbli açıqlama da olmadısa, proses Laçın postunun qurulmasına gedir”. Ermənilərin həşir salmasından danışan təhlilçinin fikrincə, üçtərəfli sənəd əldə bayraq tutmaları üçün əsas ola bilməz: “Üçtərəfli sənəddə göstərilir ki, Laçın koridoruna rus hərbçiləri nəzarət edəcək. Amma deyilməyib ki, dəhlizdən silah-sursat, mina daşımaq olar. Biz elə bir sənədə qol çəkməmişik ki, rus hərbi maşını öndə gedərək ermənilərin Xəlifəli yolu ilə səngərlərə hərbi texnika daşımasına şərait yaratsın. 10 noyabr müqaviləsində həmin bəndi göstərsinlər ki, Azərbaycan Ermənistan ərazisindən Qarabağa silah gətirilməsinə razılıq verib. Biz razılaşmışıq ki, Xankəndi və ətraf ərazilərdə qalan ermənilər başını aşağı salıb Ermənistana adam balası kimi gedib-gəlsinlər, qayıdanda üstümüzə silahla gəlməsinlər. Bu mənada Azərbaycan həm sahədə, həm masada işini aparır. Biz Rusiya ilə sahədə, Qərblə masada danışıqlarımızı sürətləndirməliyik. Yeri gəlmişkən, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir. Yəni biz erməni icması ilə təmaslarda maraqlıyıq, bunu Moskva da, Brüssel də, Vaşintqon da görməkdədir. Ona görə nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra ərazilərimizdə olan erməni vətəndaşlarımız Ermənistandakı qohumlarını görmək üçün yoxlanışdan keçib gedib-gəlsinlər. Artıq başqa yol yoxdur...”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33